Car – Qəbizdərə

JA-GA profile

Car – Qəbizdərə: 30km, +1851m/-2152m (Ş → Q)

Bu marşrut Zaqatalanın palıd, fıstıq və vələs ağaclarından ibarət sıx meşələrindən keçir, və Şamilovka yaylası boyunca otlaq sahələrinə qədər 16 kilometrlik geniş və dəyişkən mənzərələrə açılaraq meşə xəttindən yuxarıya doğru yüksəlir. Yolda bir neçə çoban yatağına rast gələcəksiniz. Bəziləri 2400 metr hündürlükdə belə məskunlaşıb. Odur ki, çobanlarla qarşılaşmaq ehtimalınız çox yüksəkdir. Onlar Saxur, Avar və ya Rutul milliyətinə mənsub ola bilər.

Marşrut şəraiti

Meşə yolları tez-tez insanlar və atlar tərəfindən istifadə olunur, meşə xəttindən yuxarı yollar isə əsasən qoyunlar tərəfindən otlaq mövsümündə istifadə edilən heyvan izləridir. Bu hissə TCT tərəfindən hələ ki, işlənməyib. Lakin meşə ərazisində, həmçinin Car və Qəbizdərə kəndlərində, həm yerli sakinlər, həm də Azərbaycan Turizm Bürosu tərəfindən qoyulmuş işarələr mövcuddur. Meşə ilə örtülmüş piyada yollarını bəzi hissələrdə izləmək çətin ola bilər. Odur ki, GPS xəritələrini (cığır məlumatlarını) cihazınıza yüklədiyinizdən əmin olun.

Su

Kəndlərdə bulaqlar var. Həmçinin çoban yataqlarında yaxın su mənbələri də mövcuddur.

Cığırın başlanğıc nöqtələri

Marşruta Qəbizdərə və Car kəndlərindən daxil olmaq mümkündür. Hər iki kəndə asfaltsız yolla hərəkət edə bilən avtomobillərlə çatmaq mümkündür. Car kəndinə iki giriş nöqtəsi mövcuddur. Kəndin şimal-qərbindən gələn yol daha çox istifadə olunur. Lakin bu yol səyahətinizi təxminən yarıya qədər azaldacaq. Çünki yol sizi dağın orta nöqtəsinədək aparır. Buna görə də şərq tərəfdə yerləşən otlaq sahələrini görə bilməyəcəksiniz. Bu yol qırmızı və ağ rənglərlə işarələnib. Şərqdəki (daha uzun) yuxarı yol isə sarı və qırmızı rənglərlə işarələnib. Yerli çobanlar tərəfindən tez-tez istifadə olunan marşrutdur.

Alternativ və Əlavə Marşrutlar

Car kəndindən iki giriş nöqtəsi var. Qərb tərəfdəki yol Qəbizdərəyə qədər 16 km-dir. Şərq (daha uzun, əsas) yol isə Qəbizdərəyə qədər təxminən 30 kilometr uzanır. Alternativ olaraq, yürüş edənlər dövrə yürüşü edərək Car kəndində başlayıb, orda da bitirə bilər.

Menu

Marşrutu Yüklə

GPX və ya KML formatında bu marşrutu GPS cihazları və smartfon tətbiqləri üçün yükləmək istəyirsinizsə, CalTopo.com saytındakı interaktiv xəritəyə daxil olub “Export” düyməsini klikləyin.
Bitnami