Kiş – Baş Göynük

Kiş – Baş Göynük: 20.4 km, +1283m/-1352m (Ş → Q)
Bu cığır, yolları daş döşənmiş Kiş kəndindən başlayaraq, meşələrin içindən keçir, yaşıllıqla örtülmüş otlaq sahələrinə doğru uzanır və nəhayət, Baş Göynük vadisinə çatır. Cığır Azərbaycan Turizm Bürosu tərəfindən işarələnib. Çətin bir yoxuş, zirvədən olan möhtəşəm mənzərələr və daşlı, enişli yol boyunca davam edən bu yürüş, çay kənarı ilə uzanır və Baş Göynükə çatır.
Marşrut şəraiti
Bu marşrutda daş döşənmiş kənd yolları, meşəlik ərazilərdə döngəli cığırlar və geniş mənzərələrə açılan yüksək dağ zirvələri mövcuddur. Kişdən başlayan yoxuş müəyyən yerlərdə sərt olsa da, dağın zirvəsinə doğru getdikcə hündürlüyü 2000 metrə çatan açıq bir yüksəkliyə çıxır. Daha sonra Baş Göynükə doğru daşlı yolla eniş başlayır. Sonuncu hissə isə əsasən düz olan daşlı bir yoldur.
Gözlənilən çətinliklər:
Su: Kişdən çıxdıqdan sonra Baş Göynükə enənə qədər su mənbəyi yoxdur. Yola düşməzdən əvvəl kənddən kifayət qədər su ehtiyatı götürmək vacibdir.
Bitki örtüyü: Xüsusilə meşəyə enən başlanğıc hissədə çoxlu bitki örtüyü ilə rastlaşacaqsınız. Burada böyük baldırğan bitkisi geniş yayılmışdır. GPS izlərini izləməyə hazır olun və belə bitki örtüyü olan ərazilərdə özünüzü zədələrdən qorumağa diqqət edin.
Dik eniş: Baş Göynük kəndinə çatmazdan əvvəlki son hissə dik və qayalıdır. Sürüşmələrin qarşısını almaq üçün ehtiyatlı olmaq tövsiyə olunur.
Palçıq: Son 7 km yağışdan sonra palçıqlı ola bilər. Düz sahələrdə isə su yığılma ehtimalı var.
Bu hissə Azərbaycan Turizm Bürosu tərəfindən qırmızı və ağ işarələrlə, həmçinin sarı yol nişanları ilə işarələnib və bölgədəki ən yaxşı işarələnmiş cığırlardan biridir. Lakin bir çox nişanlar son texniki xidmətdən sonra götürülüb, buna görə də yola çıxmazdan əvvəl bütün GPS izlərini cihazlarınıza yükləməyiniz tövsiyə edilir.
Su
Kişlə Baş Göynük arasında içməli su mənbəyi yoxdur. Yola düşməzdən əvvəl Kişin kənd su məntəqəsindən kifayət qədər su ehtiyatı götürmək vacibdir. Növbəti etibarlı su mənbəyi enişin başlanğıcında, çoban yatağının yaxınlığında yerləşir. Burada su çənindən su doldurmaq mümkündür.
Cığırın başlanğıc nöqtələri
Şərq tərəfdən, cığır Kişdən və ya yaxınlıqda yerləşən Marxal Resort & Spa -dan başlayır. Şəkidən taksilər sizi hər iki yerə apara bilər. Cığır, Kiş Kilsəsinin yanından keçir. Gəzintinizə davam etməzdən əvvəl buranı ziyarət edib, istirahət edə bilərsiniz.
Qərb tərəfdən, cığır Baş Göynükdə bitir. Bu böyük kənddə yemək, market və gecələmə imkanları mövcuddur. Kənd, Şəkiyə və ya Baş Layısqıya doğru gedən yolu birləşdirir.
Marşrut üzərindəki imkanlar
Şəkidə yemək və yerləşmə:
Şəki, cığırınıza başlamazdan əvvəl ehtiyatlarınızı toplamaq üçün ən yaxşı yerdir. Burada çoxlu marketlər, restoranlar və müxtəlif büdcələrə uyğun yerləşmə variantları mövcuddur.
- Büdcəyə uyğun seçim: Central Hostel
- Lüks seçim:Marxal Resort & Spa
Kişdə yemək və yerləşmə:
Kişdə bir neçə kafe mövcuddur (OpenStreetMaps-da işarələnib).
Kəndin kənarında çadır qurmaq mümkündür.
Qonaq evləri:
- Hilal Boutique Hotel: 055 977 9968
- Qasımov Samir: 077 681 2988
- Yunusova Aygül: 055 526 9660
- Hüseynova Samirə: 050 383 7922
- Hüseynzadüə İlhamə: 050 631 0246
Baş Göynükdə yemək və yerləşmə:
Kənddə bir neçə kiçik market mövcuddur (bəziləri OpenStreetMaps-da işarələnib).
Restoran: Su Səsi (Baş Layıskıya gedən körpünün yaxınlığında)
Qonaq evləri:
- İbrahimxəlilov Elvin (çayın şərq tərəfində): 070 580 1138
- Osmanov Mövlud (çayın qərb tərəfində): 055 583 5847
Düşərgə: Əgər qonaq evində qalmırsınızsa, körpünün hər iki tərəfində, çay kənarında düzənlik sahələrdə düşərgə qurmaq mümkündür.
Mədəni irs abidələri
- Kiş Kilsəsi: Bu tarixi Alban kilsəsi, yola düşməzdən əvvəl mütləq ziyarət edilməli yerlərdən biridir. Giriş haqqı: 4₼ (xarici turistlər), 2₼ (yerli sakinlər). İstəyə bağlı olaraq ekskursiya: 3₼